Səfirlik: Azərbaycanın Fələstində Təmsilçilik Ofisi təsis etməsi tarixi qərardır

Azərbaycan-Fələstin

© APA | Azərbaycan-Fələstin

# 18 noyabr 2022 17:47 (UTC +04:00)

Azərbaycanın Fələstin Dövlətində Təmsilçilik Ofisi təsis etməsi ölkələrimiz arasında münasibətlərdə yeni üfüq açan tarixi qərardır.

Bu barədə Fələstinin Azərbaycandakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Bu, Fələstin-Azərbaycan əlaqələrinin möhkəm olduğunu təsdiq edən və bu əlaqələr üçün yeni üfüqlər açan tarixi qərardır... Eyni zamanda, bu qərar Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməkdə qəti mövqeyini təsdiq edir”, – səfirlik vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis edilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Layihə bu gün Azərbaycan parlamentində müzakirə olunaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR