Səməd Seyidov: Diplomatik nümayəndəliyimizə qarşı terror aktını qətiyyətlə pisləyirik

Səməd Seyidov

© APA | Səməd Seyidov

# 27 yanvar 2023 15:16 (UTC +04:00)

Səməd Seyidov İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktını pisləyib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyası yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Diplomatik nümayəndəliyimizə qarşı törədilən terror aktını qətiyyətlə pisləyirik və Azərbaycanın İrandakı səfirliyində şəhid olan təhlükəsizlik əməkdaşı Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, - Səməd Seyidov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR