Bank Of Baku

Tbilisidə Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası müzakirə olunacaq

Tbilisidə Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası müzakirə olunacaq
# 19 iyun 2023 13:50 (UTC +04:00)

Bu gün Azərbaycan və Gürcüstan xarici işlər nazirlikləri arasında aparılacaq siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlətlərarası komissiyanın fəaliyyəti ilə bağlı qeyri-formal müzakirə aparılacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Tbilisidə səfərdə olan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib:

“Bilavasitə həmin məsələlərin formal müzakirəsi aparılmayacaq, lakin qeyri-formal şəkildə biz bu məsələlərə də nəzər salacağıq, fikir mübadiləsi aparacağıq və təbii ki, komissiyanın işini davam etdirməsi ilə bağlı müəyyən fikirlərimizi bölüşəcəyik”, - Xələf Xələfov deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR