TDT kənd təssərüfatı nazirlərinin birinci iclası keçiriləcək

TDT kənd təssərüfatı nazirlərinin birinci iclası keçiriləcək
# 30 iyun 2022 11:03 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı nazirlərinin birinci iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 3-4-də Daşkənddə TDT-nin kənd təsərrüfatı nazirlərinin birinci iclası və kənd təsərrüfatı əməkdaşlığı üzrə işçi qrupunun ikinci iclası keçiriləcək.
Özbəkistan Respublikasının kənd təsərrüfatı naziri Cəmşid Xocayevin və TDT-in Baş katibi Bağdad Amrayevin sədrliyi ilə keçiriləcək iclasda təşkilata üzv və müşahidəçi ölkələrin kənd təssərüfatı nazirləri iştirak edəcək.

İclas zamanı nazirlərin birinci iclasının kommünikesinin imzalanması da baş tutacaq.
"Nazirlər həmçinin “Türk Aqro Forumu”nun açılışında iştirak edəcəklər. Forumun məqsədi aqrar-sənaye kompleksində iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsi, ticarətin artırılması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün investisiyaların səfərbər edilməsidir", mətbuat xidmətinin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR