Bank Of Baku

Türkiyə-Azərbaycan-Gürcüstan XİN başçılarının görüşünün yeri və tarixi razılaşdırılır

Türkiyə-Azərbaycan-Gürcüstan XİN başçılarının görüşünün yeri və tarixi razılaşdırılır
# 19 iyun 2023 14:01 (UTC +04:00)

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün yeri və tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.

Bunu APA-nın Tbilisi müxbirinin sualına cavabında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini formatın hər üç ölkə üçün vacib əhəmiyyət kəsb etdiyini, müzakirə gündəliyinin geniş olduğunu vurğulayıb.

“Bu, həm Azərbaycan, həm də Türkiyə və Gürcüstan üçün çox vacib əhəmiyyət kəsb edən çox uğurlu formatdır. Biz bu format çərçivəsində bu günə qədər çox böyük işlər görə bilmişik və üç ölkənin də bundan sonra da bu istiqamətdə görə biləcəyi işlər çoxdur. Həm qarşılıqlı anlaşma və etimadın olduğu siyasi sahədə, həm iqtisadi sahədə, həm nəqliyyat sahəsində, həm mədəni-humanitar sahədə, bütün sahələrdə bizim gündəliyimiz çox geniş və zəngindir. Gündəliyimizdə olan bütün məsələlər üzrə nailiyyət qazanmağımız və bu işləri irəli aparmağımız üçün bizim potensialımız mövcuddur. Bunun da əsas səbəbi bizim dövlət başçıları səviyyəsində - ən yüksək səviyyədə anlaşmamızın olması, etibarın olması, bizim strateji maraqlarımızın üst-üstə düşməsidir”, - Xələf Xələfov deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR