Türkmənistan Azərbaycana yeni səfir təyin edib

Türkmənistan Azərbaycana yeni səfir təyin edib
# 11 iyul 2022 09:30 (UTC +04:00)

Qurbanmamet Elyasov Türkmənistanın Azərbaycanda yeni səfiri təyin edilib.

APA xəbər verir ki, bununla bağlı Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov fərman imzalayıb.

Digər fərmanla Məkan İşanquliyev Azərbaycandakı səfir postundan geri çağırılaraq Türkiyəyə səfir təyin olunub.

Qeyd edək ki, Qurbanmamet Elyasov Türkmənistanın Yaponiyadakı səfiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR