TÜRKPA-nın 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsi hazırlanıb

TÜRKPA-nın 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsi hazırlanıb
# 22 aprel 2022 13:39 (UTC +04:00)

2023-2028-ci illər üçün TÜRKPA-nın Strateji Yol Xəritəsi hazırlanıb.

APA xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er qurumun bu gün Milli Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında deyib.

O qeyd edib ki, sənəddə 2023-2028-ci illərdə TÜRKPA-nın daimi komissiyaları çərçivəsində hazırlanacaq nümunəvi qanunların siyahısı da var: “Qlobal təhdidlərə qarşı mübarizə üçün üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi vacibdir. Strateji Yol Xəritəsi beynəlxalq əməkdaşlığı gücləndirmək üçün platforma kimi böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında əlaqələri gücləndirmək, onları “Dildə, ideyada, işdə birlik” şüarı və şüuru ilə qidalandırmaq və dəstəkləmək istiqamətində atılan qəti addımlar bu gün yaşadığımız çətinliklərlə üzləşməməyimiz üçün həyati əhəmiyyət kəsb edir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR