Xələf Xələfov: “Türkiyənin dəstəyi Azərbaycanın çətinliklərlə mübarizəsində açar rol oynayıb”

Xələf Xələfov, Türkiyə səfiri Cahit Bağçı

© APA | Xələf Xələfov, Türkiyə səfiri Cahit Bağçı

# 14 yanvar 2022 14:47 (UTC +04:00)

14 yanvar Azərbaycan üçün önəmli bir tarixdir. 30 il əvvəl bu gün Azərbaycanla Türkiyə arasında imzalanan protokolla diplomatik münasibətlər təsis edilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdə bildirib.

Nazir müavini deyib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub.

“Türkiyənin dəstəyi Azərbaycanın çətinliklər və təhlükələrlə mübarizəsində açar rol oynayıb”, - XİN başçısının müavini vurğulayıb.

O, Azərbaycan üçün 1990-cı illərin zor illər olduğunu xatırladıb. “30 ildə haradan başladıq və hansı zirvələrə yüksəldik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR