XİN başçısı: “Üçtərəfli İşçi Qrupu çərçivəsində təmaslar davam edir”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 12:05 (UTC +04:00)

Dekabrın 1-də Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü olub.

APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın görüşü tez tərk etməsinin səbəbi ilə bağlı sualı cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, həmin görüş uzun çəkib: “Görüşdən kiminsə gec, kiminsə tez getməsi məsələsi olmayıb. Rusiya Baş nazirinin müavini Oleksey Overçuk də həm Azərbaycan, həm də Ermənistana səfər edib. Bu təmaslar davam edir”.

C.Bayramov Azərbaycan-Rusiya-Ermənistan təmsilçilərindən ibarət işçi qrupu səviyyəsində görüşlər keçirildiyini də diqqətə çatdırıb: “İşçi qrupu yaradılan zaman bizim ilkin gözləntilərimiz indiyə uyğun deyildi. Çünki biz məsələlərin daha sürətlə inkişafını gözləyirdik. Təbii ki, açıq qalan suallar var, bu aydındır. Yanvar ayı ilə müqayisədə işçi qrupu üzvlərinin hansı sahələrdə razılığı var, hansı sahələrdə yoxdur, biz bundan məlumatlıyq. Lakin yekun nəsə demək doğru deyil, çünki ortadakı razılaşma hüquqi sənəd formasında deyilsə, sabah bu dəyişə bilər”.

XİN başçısı Azərbaycan tərəfinin ilk gündən fəal şəkildə işçi qrupunun fəaliyyətinə qatıldığını bunun bu formada da davam edəcəyini qeyd edib: “İnanırıq ki, bu işi davam etdirmək lazımdır, tərəflərin öhdəlikləri var və yerinə yetirilməlidir. Buna görə də prosesə tərəf olan ölkələrin mövqeyi birmənalı olmalıdır. Bizim mövqeyimiz sistemlidir, açıqdır və ədalətlidir. Bizim təklif etdiklərimiz daha geniş müstəvidə region üçün əlverişlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR