Amerikalı israillilərin təşkilatı Los Ancelesdə azərbaycanlılara qarşı törədilən vəhşilikləri pisləyib

Amerikalı israillilərin təşkilatı Los Ancelesdə azərbaycanlılara qarşı törədilən vəhşilikləri pisləyib
  • Clock-gray 09:12
  • calendar-gray 28 İyul 2020

Amerikalı israillilərin ən böyük təşkilatı olan nüfuzlu İsrail-Amerika Şurası (IAC) 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnaklarının Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirdiyi vəhşilikləri pisləyib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya bildirilib ki, yayılan açıqlamada Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında toplaşmış azərbaycanlılara hücum edilməsinin qəbuledilməz olduğu bildirilib. Həmçinin, təhlükəsiz şəkildə söz azadlığı və toplaşmaq azadlığının qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb və dinc nümayişçilərə qaşı zorakılığın ABŞ cəmiyyətinə və demokratik dəyərlərə təhdid olduğu qeyd edilib. Sonda təşkilat xəsarət alanların tez bir zamanda və tam sağalmasını diləyib və hüquq mühafizə orqanlarının bu istintaq işini yekunlaşdıracağına və onun nəticələrinə uyğun qətiyyətlə hərəkət edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Los Ancelesdə fəaliyyət göstərən IAC dünyada ən sürətlə inkişaf edən yəhudi təşkilatıdır. 2007-ci ildə yaradılmış IAC 250 minə yaxın amerikalı israillini özündə birləşdirir. Los Ancelesdəki Baş Konsulluğumuzun bu təşkilatla uzun illərdən bəri sıx dostluq münasibətləri saxlayır.

apa-logo-mini

Digər xəbərlər