Azərbaycan Prezidenti Ruanda Prezidentinə təbrik ünvanlayıb

Azərbaycan Prezidenti Ruanda Prezidentinə təbrik ünvanlayıb
# 30 iyun 2020 18:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Ruanda arasında ikitərəfli əlaqələrin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafı üçün imkanlar mövcuddur.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR