Azərbaycan XİN Pakistanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Pakistanı Milli Günü münasibətilə təbrik edib
# 23 mart 2020 11:45 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub. "Pakistanın Milli Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Azərbaycan və Pakistanı bir-birinə ənənəvi dostluq və qardaşlıq münasibətləri bağlayır.

Qardaş Pakistan xalqına cansağlığı, uğurlar və firavanlıq diləyirik", XİN bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR