Azərbaycan və Özbəkistan XİN başçılarının telefon danışığı olub

Azərbaycan və Özbəkistan XİN başçılarının telefon danışığı olub
# 02 dekabr 2020 14:34 (UTC +04:00)

2 dekabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

XİN-in Mətbuatı xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR