Bakıda Kəşmirlə Həmrəylik Günü qeyd olunub - FOTO

Bakıda Kəşmirlə Həmrəylik Günü qeyd olunub - FOTO
# 05 fevral 2020 12:02 (UTC +04:00)

Bakıda Kəşmirlə Həmrəylik Günü qeyd olunub.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib ki, Kəşmirdə vəziyyət ağırdır.

Onun sözlərinə görə, ötən ilin fevralında Hindistan Hərbi Hava Qüvvələri Pakistanın hava sərhədlərini pozaraq, Pakistanın ərazi bütövlüyünə və suverenliyinə təhdid yaradıb: “Biz sülhsevər ölkəyik. Ümid edirik ki, regiona sülh gətirə biləcəyik. Bu, hər iki xalqın maraqlarına uyğundur. Avqustun 5-də Hindistan Cəmmu və Kəşmirin xüsusi statusunu ləğv edib. Son 6 ay ərzində Kəşmir təzyiq altındadır, insanlar əziyyət çəkir. Məktəblər, xəstəxanalar bağlıdır. Ştatın əsas gəlir mənbəyi turizmdir. Son hadisələr turizmə ciddi təsir edib. Bu, iqtisadi soyqırımıdır. Hindistan hökuməti Kəşmirin demoqrafik göstəricilərini də dəyişməyə yönələn siyasət yürüdür. Minlərlə kəşmirli qətlə yetirilib”.

Diplomat vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar Hindistan hökumətinin bu siyasətini açıq şəkildə tənqid edir: “Mən Azərbaycan hökumətinə, Azərbaycan xalqına dəstək üçün minnətdaram. Azərbaycan xalqı Kəşmirdə nə baş verdiyini bilməlidir. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı 4 qətnamə, Kəşmirlə bağlı 11 qətnamə qəbul edib və bu qətnamələr yerinə yetirilməyib”.

Tədbir çıxışlarla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR