Belarusun Azərbaycandakı sabiq səfiri koronavirusdan vəfat edib

Belarusun Azərbaycandakı sabiq səfiri koronavirusdan vəfat edib
# 15 mart 2021 13:15 (UTC +04:00)

Belarusun Azərbaycandakı sabiq səfiri Gennadi Axramoviç 56 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, sabiq səfir yeni növ koronavirus (COVID-19) infeksiyasından həyatını itirib.

Qeyd edək ki, G. Axramoviç 2015-2020-ci illərdə Belarusun Azərbaycanda səfiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR