Çavuşoğlu: “Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq”

Çavuşoğlu: “Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq”
# 12 noyabr 2020 10:26 (UTC +04:00)

“Bundan sonra Azərbaycan necə istəyirsə, Türkiyə onun yanında olacaq”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, ATƏT-in Minsk Qrupunun da proseslərdən nəticə çıxarması lazımdır: “Minsk Qrupunun həmsədri Fransa birtərəfli mövqe tutur, hətta atəşkəsdən sonra da tərəfsizlik nümayiş etdirmir. Fransanın birtərəfli mövqeyinə baxmayaraq, Prezident İlham Əliyev Fransanın atəşkəs təşəbbüsünə də dəstək verib. Amma son razılaşmadan sonra da Fransa Ermənistanı dəstəkləyir, hətta Türkiyəni ittiham edir. Bundan sonrakı prosesdə heç bir ölkə haqsız Ermənistanı dəstəkləyərək, prosesi pozmağa çalışmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR