Ceyhun Bayramov Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb

Ceyhun Bayramov Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb
  • Clock-gray 20:44
  • calendar-gray 29 Mart 2021

Martın 29-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və 1 aprel tarixindən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokolun qüvvəyə mindiyini və bu tarixdən vətəndaşlarımızın şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklərini məmnunluqla qeyd ediblər.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

apa-logo-mini

Digər xəbərlər