Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub

Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
# 15 mart 2021 22:07 (UTC +04:00)

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, tərəflər bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR