Ceyhun Bayramovla iordaniyalı həmkarı arasında telefon danışığı olub

Ceyhun Bayramovla iordaniyalı həmkarı arasında telefon danışığı olub
  • Clock-gray 19:08
  • calendar-gray 13 Noyabr 2020

Bu gün xarici İşlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, nazirlər arasında bölgədəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanatın imzalanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov birgə bəyanatın beynəlxalq hüquq normaları və BMT TŞ qətnamələrinə əsaslandığını vurğulayıb.

İordaniya naziri Əymən Əs-Safadi münaqişə bölgəsində tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən razılaşmanı alqışlayıb. Bölgədə dayanıqlı sülhüm təmin olunması üçün beynəlxalq hüquq normalarına hörmət olunmasının vacibliyini qeyd edib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

apa-logo-mini

Digər xəbərlər