Dövlətlərarası Aviasiya Şurasının prezidenti Prezident İlham Əliyevi təbrik edib

Dövlətlərarası Aviasiya Şurasının prezidenti Prezident İlham Əliyevi təbrik edib
# 25 dekabr 2020 13:54 (UTC +04:00)

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz dahi Heydər Əliyevin layiqli varisi və onun müdrik siyasətinin davamçısı kimi haqlı olaraq öz həmvətənlərinizin hörmətini və yüksək beynəlxalq nüfuz qazanmısınız.

Sizin işgüzar və şəxsi keyfiyyətləriniz, zəngin siyasi təcrübəniz həmişə milli mənafeləri uğurla müdafiə etməyə, müasir dünya nizamının ən mürəkkəb və kəskin məsələlərini həll etməyə imkan verir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın inkişafı və onun gözəl xalqının rifahı naminə yeni uğurlar diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR