Elmar Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
  • Clock-gray 17:08
  • calendar-gray 13 Fevral 2020

Fevralın 13-də Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, T. Klaar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı faydalı müzakirələrin aparıldığını bildirib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti, o cümlədən cari ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə baş tutmuş görüşü və aparılmış müzakirələr haqqında qarşı tərəfi məlumatlandırıb.

Nazir münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb.

Həmçinin görüş zamanı Azərbaycanla Aİ əməkdaşlığının gündəliyində duran müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

apa-logo-mini

Digər xəbərlər