Elmar Məmmədyarov Tacikistanın Xarici İşlər naziri ilə telefonla danışıb

Elmar Məmmədyarov Tacikistanın Xarici İşlər naziri ilə telefonla danışıb
# 09 may 2020 15:52 (UTC +04:00)

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Tacikistanın Xarici İşlər naziri Sirociddin Muhriddin arasında telefon söhbəti baş tutub.

XİN-dən APA-ya verilən məlumata görə, nazirlər bir-birlərini müqəddəs Ramazan ayı münasibətilə, eləcə də Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə təbrik etdilər.

Tərəflər hazırda mövcud olan beynəlxalq sağlamlıq böhranı ilə mübarizə çərçivəsində dövlətlər tərəfindən atılan addımlar və bu xüsusda əməkdaşlığın əhəmiyyəti barədə ümumi fikir mübadiləsi apardılar.

İki qardaş ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, eləcə də nəqliyyat logistika sahəsi də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri Nazirlər tərəfindən geniş müzakirə edildi.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxundular və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə razılıq ifadə etdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR