Gürcüstan XİN başçısı: “Sərhədlərin delimitasiyası pandemiya ilə əlaqədar bir qədər uzandı”

Gürcüstan XİN başçısı: “Sərhədlərin delimitasiyası pandemiya ilə əlaqədar bir qədər uzandı”
  • Clock-gray 12:27
  • calendar-gray 24 Sentyabr 2020

“Dövlət sərhədlərinin delimitasiya prosesi pandemiya ilə əlaqədar bir qədər uzandı. Əminəm ki, pandemiya başa çatdıqdan sonra bu situasiyadan çıxacağıq və hər iki ölkə üçün məqbul qərarlar qəbul ediləcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Azərbaycan və Gürcüstan arasında əlaqələrin səviyyəsi düşməyib. Bizim iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrimiz davam edir. Biz öz azərbaycanlı tərəfdaşlarımızdan razıyıq”, - deyə D. Zalkaliani vurğulayıb.

O, Azərbaycanın Qax rayonunda gürcü məktəbinin təmir olunmasını da yüksək qiymətləndirib: “Azərbaycan Prezidentinin bu qərarını yüksək dəyərləndiririk. Əminik ki, bu cür addımlar əlaqələrimizin daha da yüksəlməsinə töhfə verəcək”.

Səid Babazadə

Digər xəbərlər