İndoneziya Parlamenti Nümayəndələr Palatasının 40 üzvü Xocalı soyqırımını qınayan Bəyanat imzalayıb

İndoneziya Parlamenti Nümayəndələr Palatasının 40 üzvü Xocalı soyqırımını qınayan Bəyanat imzalayıb
  • Clock-gray 14:15
  • calendar-gray 27 Fevral 2020

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İndoneziya Parlamentinin Nümayəndələr Palatasının bir neçə fraksiya rəhbəri də daxil olmaqla, 40 üzvü Xocalı soyqırımını qınayan Bəyanat imzalayıb.

Azərbaycanın İndoneziyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Bəyanatda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinin erməni silahlı qüvvələrinin hücumuna məruz qaldığı, soyqırımı nəticəsində 106 qadının, 63 uşağın, 70 yaşlı olmaqla, ümumilikdə 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü bildirilin.

Habelə, 28 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının günahsız qurbanlarının dərin kədər hissi ilə xatırlandığı, onların ailələrinə başsağlığı verildiyi, Xocalı faciəsi zamanı həyatlarını itirmiş insanların ailə üzvlərinin kədərlərini bölüşdükləri qeyd olunub.

Gələcəkdə dünyanın heç bir yerində bir daha insanlığa qarşı yönəldilmiş bu cür cinayətlərin baş verməməsi naminə, Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib, Xocalıda həyatlarını itirmiş insanların xatirəsinin yad edilməsinin və Xocalıda törədilmiş dəhşətli cinayətin xatırlanmasının vacib hesab edildiyi vurğulanıb.

O cümlədən, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dövlətlər və hökumətlər, beynəlxalq insan hüquqları müdafiəçiləri, dini icmalar və digər aidiyyəti beynəlxalq institutlar erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərindəki mülki azərbaycanlı əhaliyə qarşı insan hüquqlarının pozulmasını, zülmün, vəhşiliyin və digər cinayət əməllərinin törədildiyi Xocalı soyqırımını sərt şəkildə qınamağa, həmçinin Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinə layiqli hüquqi qiymət verməyə dəvət edilib.

İndoneziya Respublikası Nümayəndələr Palatasının üzvləri hər kəsi Xocalı soyqırımını hər il yad edərək, onların xatirəsini əbədiləşdirmək təşəbbüsünü irəli sürüblər.

apa-logo-mini

Digər xəbərlər