MDB müşahidə missiyasının rəhbəri: “Seçkilərin demokratik keçirilməsi üçün bütün lazımi şərait yaradılıb”

MDB müşahidə missiyasının rəhbəri: “Seçkilərin demokratik keçirilməsi üçün bütün lazımi şərait yaradılıb”
# 07 fevral 2020 18:30 (UTC +04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov MDB müşahidə missiyasının rəhbəri və MDB İcraçı katibinin birinci müavini Viktor Aleksandroviç Quminskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın XİN-ə istinadən verdiyi xəbərə görə, görüşdə Viktor Aleksandroviç Quminski Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edilməsi barədə məlumat verərək 252 nəfərdən ibarət MDB müşahidə missiyasının bütün Azərbaycan ərazisi boyunca seçkiləri müşahidə edəcəyini diqqətə çatdırıb.

O, seçki məntəqələrinin tam şəkildə seçkilərə hazır olduğunu, seçkilərin azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib.

E. Məmmədyarov öz növbəsində, ümumiyyətlə ölkədə seçki prosesinin sərbəst və demokratik mühitdə keçdiyini qeyd edərək, bütün yerli və xarici müşahidəçilərin, o cümlədən MDB-nin müşahidə missiyasının fəaliyyəti üçün hər cür imkanların yaradıldığını bildirib.

Görüş zamanı, həmçinin MDB ölkələri daxilində ticari-iqtisadi, siyasi, humanitar və digər sahələrdə sıx əməkdaşlıq və MDB məkanında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR