Polşa səfirliyi "Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş tədbir keçirib - FOTO

Polşa səfirliyi "Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş tədbir keçirib - FOTO
# 23 dekabr 2019 14:43 (UTC +04:00)

Polşanın Azərbaycandakı səfirliyi "Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş tədbir keçirib.

APA-nın xəbərinə görə, tədbirdə əvvəlcə 10 il ərzində qazanılan uğurlarla bağlı qısa film nümayiş olunub.

Daha sonra çıxış edən Polşanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkil Mixal Qreçilo deyib ki, Polşa “Şərq Tərəfdaşlığı”nın əsas təşəbbüskarlarından biridir.

M. Qreçilo qeyd edib ki, ölkəsi “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığa böyük önəm verir və "Şərq Tərəfdaşlığı" çərçivəsində bu əlaqələrin daha da dərinləşdirilməsini istəyir.

Diplomat Polşa XİN başçısının da dəfələrlə bunu vurğuladığını bildirib.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR