Prezident İlham Əliyev: "Texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər"

Prezident İlham Əliyev: "Texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər"
# 27 yanvar 2020 21:18 (UTC +04:00)

Bir neçə il bundan əvvəl biz Belarusu neftlə təchiz edirdik və sonradan Belarus tərəfinin təşəbbüsü ilə bu proses dayandırılmışdır.

APA xəbər verir ki, bu barədə "Rossiya 24" telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, əgər yenidən belə ehtiyac yaransa, Azərbaycan Dövlət Neft Şirkəti bu məsələni nəzərdən keçirəcək.

“Bu gün “SOCAR Traiding” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir. Buna görə sırf texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər. Lakin qiymət məsələsi, logistika məsələsi, kontrakt öhdəlikləri ilə bağlı məsələ - bütün bunlar müvafiq şirkətlər arasında müzakirə edilməlidir”, - deyə Prezident qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR