Qırğız Respublikasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Qırğız Respublikasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
# 21 fevral 2020 18:35 (UTC +04:00)

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkə daxilində mühüm siyasi hadisələrdən biri olan parlament seçkilərinin müvəffəqiyyətlə keçirilməsi münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Çox şadam ki, Sizin qətiyyətli fəaliyyətiniz sayəsində Azərbaycan Respublikası öz layiqli yerini tapıb, siyasi və iqtisadi sahələrdə uğurla inkişaf edir.

Tam əminəm ki, ölkələrimiz arasında sıx dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyinizlə bundan sonra da möhkəmlənəcək və xalqlarımızın firavanlığına və inkişafına kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, 2020-ci ildə Qırğız Respublikasına Sizin rəsmi səfərinizi səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR