Riçard Morninqstar: "Azərbaycan uzun illərdən sonra öz ərazisini işğaldan azad etdi"

Riçard Morninqstar: "Azərbaycan uzun illərdən sonra öz ərazisini  işğaldan azad etdi"
# 17 dekabr 2020 20:48 (UTC +04:00)

"Mən ümid edirəm ki, Bayden administrasiyası Azərbaycan və Cənubi Qafqaz regionuna diqqətini artıracaq". APA-nın xəbərinə görə bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda “Atlantik Council”-də Qlobal Enerji Mərkəzinin direktoru Riçard Morninqstar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ABŞ-ın Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center-CPC) birgə təşkilatçılığı ilə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda çıxışında deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasındakı müharibə ABŞ-ın yeni seçilən prezidenti Co Baydeni narahat etdi və o vəziyyətlə bağlı bir neçə bəyanat verdi. Riçard Morninqstar deyib ki, Tramp administrasiyası "beynəlxalq siyasətdə kənarda dayanmaq" kursunu seçib: "Düşünürəm ki, Obama administrasiyasında olduğu kimi Bayden üçün bu məsələlər daha vacib olacaq. Biz Azərbaycanla enerji, təhlükəsizlik sahəsində yaxın əlaqlərimizi davam etdirməliyik. Dağlıq Qarabağ məsələsinə gəlincə düşünürəm ki, Obama administrasiyası ilkin mərhələdə bu məsələyə diqqət göstərirdi. Xatırlayırsınızsa, o vaxt dövlət katibi Hillari Klinton Azərbaycana səfər etdi, o, Bakıda prezident Əliyevlə görüş keçirdi. Qeyd etməliyəm ki, o, prezident Əliyevi çox bəyənmişdi. Lakin sonralar mənim Bakıda səfir olduğum zamanlar bu marağın azaldığını gördük, bu məsələnin ən yüksək səviyyədə müzakirə olunduğu və səfərlərin olduğu səviyyə dövlət katibinin müavini idi. Düşünürəm ki, bu səhv idi. Daha sonra Tramp administrasiyası tamamilə kənarda dayandı. Düşünürəm ki, ABŞ regionda daha aktiv rol oynamalı və Azərbaycana özünün balanslı siyasətini saxlamaq üçün kömək etməlidir. Dağlıq Qarabağ məsələsi barədə onu deyə bilərəm ki, bu Azərbaycan üçün böyük naliyyətdir, uzun illərdən sonra ölkə işğalda olan torpaqlarını geri qaytardı. İqtisadi və hərbi baxımdan ötən zaman Azərbaycanın xeyrinə işlədi. Burda həm də Rusiyanı unutmamaq lazımdır, Rusiyanın əlində kartlar var. Rusiya Ermənistanı fəlakətdən xilas etdi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR