Rusiya və Azərbaycan XİN başçılarının görüşünün vaxtı dəyişib

Rusiya və Azərbaycan XİN başçılarının görüşünün vaxtı dəyişib
  • Clock-gray 11:40
  • calendar-gray 31 Mart 2021

Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında görüş sabah keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, rusiyalı nazirin ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçirəcəyini söyləyib. 

Qeyd edək ki, ötən həftə Rusiya XİN rəsmisi Mariya Zaxarova Lavrovun azərbaycanlı və erməni həmkarları ilə MDB xarici işlər nazirləri Şurasının iclası çərçivəsində aprelin 2-də ayrı-ayrılıqda görüşünün keçiriləcəyini açıqlamışdı.

Bu gün isə Zaxarova görüşün vaxtının dəyişdirildiyini, nazirlərin aprelin 1-də görüşəcəklərini bildirib.

Fərid Əkbərov

Digər xəbərlər