Səfir: “Fransanın səhiyyə xidməti Azərbaycanda mina qurbanlarının müalicəsinə töhfə verə bilər”

Səfir: “Fransanın səhiyyə xidməti Azərbaycanda mina qurbanlarının müalicəsinə töhfə verə bilər”
  • Clock-gray 14:18
  • calendar-gray 06 Mart 2021

“Ərazilərin minalardan təmizlənməsi böyük problemdir. Bu humanitar və sivil məsələdir. Biz mina partlaması nəticəsində indiyədək həlak olanlara görə çox üzünük, onların ailələrinə başsağlığı verirəm”.

APA-nın xəbərinə görə, bunu diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad olunmuş Qubadlıya səfər zamanı Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Diplomat bildirib ki, bu sahədə hər hansı töhfə və dəstək verməyə şad olardılar: “Xatırlayırsınızsa, dekabrda fransalı cərrahlar Bakıya gəlmişdi, onlar müharibənin nəticələrinə məruz qalmış şəxsləri əməliyyat etdilər. Buna maraq olarsa, tibbi əməkdaşlığın davam etdirilməsi mümkündür. Fransanın səhiyyə xidməti mina qurbanlarının müalicəsinə töhfə verə bilər, həmçinin, bu şəxslərə proestetik yardım göstərilər ki, onlar normal həyatına dönsünlər".

Zümrüd Paşkin

Digər xəbərlər