Şimali Karolinada "Xocalıya ədalət!" yazılmış lövhələr nümayiş etdirilib

Şimali Karolinada "Xocalıya ədalət!" yazılmış lövhələr nümayiş etdirilib
  • Clock-gray 00:14
  • calendar-gray 26 Fevral 2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndəsi Adika İqbalın təşkilatçılığı ilə Roli şəhərində "Xocalıya ədalət!" şüarı yazılmış lövhə yerləşdirilib. 

APA-nın məlumatına görə, şəhərin mərkəzi avtomobil magistralında yerləşdirilən lövhədə erməni silahlı birləşmələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi soyqırımın baş vermə tarixi və faciədən fotoşəkillər əks olunub. 

Lövhədəki şüar və məlumatların iki həftə ərzində nümayiş etdirilməsi nəzərdə tutulub.

 

apa-logo-mini

Digər xəbərlər