The Wall Street Journal: “Azad olunmuş ərazilərdə dağıntıların miqyası çox böyükdür”

The Wall Street Journal: “Azad olunmuş ərazilərdə dağıntıların miqyası çox böyükdür”
  • Clock-gray 22:03
  • calendar-gray 15 Fevral 2021

“The Wall Street Journal” nəşri Ermənistanın Dağlıq-Qarabağı işğalı nəticəsində didərgin düşmüş insanlar və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi uğrunda apardığı 44 günlük mübarizədən bəhs edən məqalə dərc edib.

APA-nın verdiyi xəbərə görə, nəşrin əməkdaşı Ann Simmonsun müəllifi olduğu məqalədə, həmçinin, ərazilərin viran qoyulması məsələsinə toxunulub. 

Qeyd olunub ki, Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə təcavüz edərək minlərlə azərbaycanlını ev-eşiklərindən didərgin salmasından təqribən 30 il keçir: “Ötən ilin payızında Azərbaycanın öz ərazilərini bərpa etməsindən sonra köçkün düşmüş insanlar öz dədə-baba yurdlarına qayıdacaqlarını ümidlə gözləyirlər. Yurd-yuvasına dönmək eşqi ilə yaşayan, evində daşı-daş üstündə qalmayan insandan biri də Sayalı Paşayeva və onun ailəsidir”.  

“Allaha çox şükür ki, öz yurduma qayıdıb, torpağımda ölə bilmək imkanım oldu”, Qarabağın işğalı ilə köçkün düşən 40 min ağdamlıdan biri olan 74 yaşlı S.Paşayeva deyib. 

Ağdamda ikimərtəbəli evi olan Paşayevlər ailəsi münaqişədən sonra Bakıya köçməyə məcbur qalır: “Biz 30 il idi ki, bu anı gözləyirdik. Sayalı xanımın oğlu 45 yaşlı Ələstun deyir ki, 6 həftəlik müharibə nəticəsində Azərbaycan Ağdam və digər rayonların işğalına son qoydu. Azad olunmuş ərazilərdə dağıntıların miqyası çox böyükdür”.

Məqalədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə də istinad edilir: “Azad olunmuş ərazilərdə 150 mindən çox ev, 9 mindən çox inzibati bina, 7 yüzdən çox məktəb binası tarı-mar edilib. Ərazilərdə hələ də xeyli sayda minalar və partlamamış sursatlar qalmaqdadır. Dəmir yolu və aeroportlar dağıdılıb, yol infrastrukturu yararsız hala salınıb ki, bu da ərazilərin bərpa işlərinə əngəl yaradır”. 

Münaqişə nəticəsində öz yurdundan didərgin düşənlərdən biri də Elxan Xanəlizadədir. O, yerli mətbuatda senari müəllifi kimi çalışır. Füzuli işğala məruz qalanda onun 13 yaşı olub.

Rayonlarında o dövr üçün qabaqcıl kinoklub olduğunu deyən Elxan həmin kinoklubda Tarzan və  s. xarici filmlərə baxdıqlarını bildirir. “82 yaşlı atam öz evinə geri dönməyin həsrəti ilə yaşayır”. 

 

apa-logo-mini

Digər xəbərlər