Türkmənistan Prezidenti: “Azərbaycanın Qoşulmama Hərəkatında parlaq sədrliyini qeyd etmək istərdim”

Türkmənistan Prezidenti: “Azərbaycanın Qoşulmama Hərəkatında parlaq sədrliyini qeyd etmək istərdim”
# 21 yanvar 2021 16:24 (UTC +04:00)

“Bu gün Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər”.

APA-nın məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüşündə deyib.

Q. Berdiməhəmmədov bildirib ki, burada iki dövlətin beynəlxalq təşkilatlarda da fəal və səmərəli qarşılıqlı fəaliyyətini xüsusi qeyd etmək lazımdır: “Türkmənistan onun beynəlxalq təşəbbüslərinin daim dəstəklənməsinə və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnamələrinin Türkmənistan tərəfindən irəli sürülmüş bir sıra layihələrinin həmmüəllifi kimi Azərbaycana təşəkkürünü bildirir. Öz növbəmdə mən də Türkmənistanın Azərbaycanın beynəlxalq qurumlarda irəli sürdüyü təşəbbüsləri və təklifləri dəstəkləməyə hazır olduğunu təsdiq edirəm. Bu kontekstdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında parlaq sədrliyini qeyd etmək istərdim. Bu, Azərbaycanın və onun rəhbərliyinin yüksək nüfuzunu təsdiq etdi. 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının uğurla keçirilmiş Zirvə görüşünün gedişində Türkmənistan ədalətli və şəffaf prinsiplərə, enerji mənbələrindən, onların çatdırılması vasitələrindən bərabərhüquqlu istifadəyə, həm istehsalçıların, həm də enerji resurslarını nəql edənlərin və istehlakçıların maraqlarının nəzərə alınmasına və tanınmasına əsaslanan qlobal enerji təhlükəsizliyi sisteminin formalaşmasında qoşulmayan dövlətlərin fəal iştirakının tərəfdarı kimi çıxış edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR