XİN: Azərbaycan Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir

XİN: Azərbaycan Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir
  • Clock-gray 18:09
  • calendar-gray 06 Fevral 2020

“Azərbaycan Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Azərbaycan BMT-nin məsuliyyətli üzvü kimi təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərini rəhbər tutaraq münaqişələrin həlli və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir və bu mövqedən çıxış edir. Bu, Azərbaycanın qəti və prinsipial mövqeyidir. Biz necə ki, beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq, bu xüsusda, Cammu və Kəşmir məsələsinin də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini və regionda sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş səyləri dəstəkləyirik. Qeyd etmək istərdik ki, 2020-ci ilin 21 yanvar tarixində Davosda Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə keçirilmiş görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd edib”, - deyə XİN rəsmisi vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər