XİN Elmar Məmmədyarovla David Zalkalianinin görüşü barədə məlumat yayıb

XİN Elmar Məmmədyarovla David Zalkalianinin görüşü barədə məlumat yayıb
# 23 dekabr 2019 17:30 (UTC +04:00)

Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov ilə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında ikitərəfli görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Xarici İşlər nazirləri, eyni zamanda regionda baş verən mühüm məsələləri müzakirə ediblər.

İki ölkə arasında Hökumətlərarası İqtisadi Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, eləcə də üçtərəfli əməkdaşlıq məsələləri, hər üç ölkənin iştirakı ilə ticarət, iqtisadiyyat, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.

Enerji sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilərək Cənubi Qaz Dəhlizinin tikintisinin başa çatması və genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparılıb. O, cümlədən, TANAP layihəsinin başa çatmasının əhəmiyyəti qeyd edilib.

Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və tərəqqiyə töhfə verdiyi xüsusilə vurğulanıb.

Görüşdə nazirlər, həmçinin son regional və qlobal hadisələr üzrə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR