Berlin divarının sökülməsinin 30 illiyi ilə bağlı Bakıda tədbirlər keçiriləcək

Berlin divarının sökülməsinin 30 illiyi ilə bağlı Bakıda tədbirlər keçiriləcək
  • Clock-gray 15:11
  • calendar-gray 08 Noyabr 2019

Almaniyanın Azərbaycandakı səfirliyi Berlin divarının sökülməsinin 30 illiyi ilə bağlı Bakıda silsilə tədbirlər keçirəcək. 

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Çexiya səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "1989 – 30 years of freedom" mövzusunda noyabrın 11-i saat 17:00-da Kapellhausda, noyabrın 13-də saat 15:30-da ADA Universitetində və noyabrın 22-də yenidən Kapellhausda elmi mühazirələr təşkil ediləcək.

Qeyd edək ki, bu il Almaniya Berlin divarının sökülməsinin 30 illiyini qeyd edir. Berlin divarı 1961-ci ildə Şərqi Almaniyanın kommunist rejimi tərəfindən almanların Qərbi Almaniyaya keçməsinin qarşısını almaq məqsədilə inşa olunub. SSRİ-nin başçılıq etdiyi sosialist düşərgəsinin süquta uğraması nəticəsində 1989-cu ildə Berlin divarı sökülüb və Almaniyanın birləşməsi prosesi həyata keçirilib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date