Azərbaycan XİN Krımda keçirilmiş “seçkilər”ə münasibət bildirib

Azərbaycan XİN Krımda keçirilmiş “seçkilər”ə münasibət bildirib
  • Clock-gray 17:33
  • calendar-gray 12 Sentyabr 2019

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”ə münasibət bildirib.

APA-nın XİN-ə istinadən verdiyi xəbərə görə, L. Abdullayeva bildirib ki, Azərbaycan XİN Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir.

“Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır”, - deyə o, qeyd edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date