Azərbaycan səfiri etimadnaməsini İndoneziya prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini İndoneziya prezidentinə təqdim edib
  • Clock-gray 10:56
  • calendar-gray 21 Noyabr 2019

Azərbaycan səfiri Cəlal Mirzəyev etimadnaməsini İndoneziya prezidenti Coko Vidodoya təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İndoneziya Prezidentinə çatdırıb.

İndoneziya Prezidenti C. Mirzəyevə fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 1999-cu ildən Xarici İşlər Nazirliyində çalışan C. Mirzəyev 2007-2009-cu ildə Malayziyada birinci katib, 2009-2011-ci illərdə XİN-in Avropa İdarəsində şöbə müdiri, 2011-2015-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin müşaviri, 2015-2017-ci illərdə Amerika İdarəsinin rəis müavini, 2017-2019-cu il sentyabrın 27-nə qədər Niderlandda müvəqqəti işlər vəkili vəzifələrində çalışıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date