BMTM ilə Koreya institutu arasında memorandum imzalanıb

BMTM ilə Koreya institutu arasında memorandum imzalanıb
# 05 avqust 2019 16:31 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Koreyanın Donqduk Qadınlar Universitetinin Avrasiya və Türk Araşdırmaları İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu (MOU) imzalanıb.

Bu barədə APA-ya Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, memorandumu Mərkəzin sədri Fərid Şəfiyev və Avrasiya və Türk Araşdırmaları İnstitutunun direktoru Eunkyung Oh imzalayıblar.

Memorandum iki qurum arasında akademik və inzibati heyətlərin mübadiləsini nəzərdə tutur.

Eyni zamanda memoranduma əsasən, iki qurum arasında araşdırmalar aparılacaq, onların nəticələrinin təqdim edilməsi sahəsində əməkdaşlıq ediləcək.

Memorandum akademik materialların, nəşrlərin və digər elmi informasiyaların da mübadiləsini nəzərdə tutur.

Anlaşma memorandumu 5 il müddətinə qüvvədə qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR