Latviya səfirliyi bir neçə gün fəaliyyət göstərməyəcək

Latviya səfirliyi bir neçə gün fəaliyyət göstərməyəcək
# 06 sentyabr 2019 17:30 (UTC +04:00)

Yeni ünvana köçməsi ilə əlaqədar Latviyanın Azərbaycandakı səfirliyi sentyabrın 9-dan 15-dək fəaliyyət göstərməyəcək.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib.

Bildirilib ki, sentyabrın 16-dan etibarən səfirlik yeni ünvanda - İSR Plaza, Nizami küçəsi 69, 11-ci mərtəbə - fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR