Əlcəzairin Azərbaycandakı səfiriliyində seçki məntəqəsi yaradılacaq.
Bu barədə APA-ya Əlcəzairin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, noyabrın 1-də Əlcəzairdə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək və Bakıda yaşayan Əlcəzair icmasının üzvlərinin də bu referendumda iştirakının təmin edilməsi üçün səsvermə məntəqəsi yaradılacaq.
İcma üzvləri oktyabrın 31 və noyabrın 1-də səfirliyə gələrək səs verə bilərlər.