Prezident İlham Əliyev Argentinanın yeni seçilmiş Prezidentini təbrik edib

Prezident İlham Əliyev Argentinanın yeni seçilmiş Prezidentini təbrik edib
  • Clock-gray 17:36
  • calendar-gray 07 Noyabr 2019

Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın yeni seçilmiş Prezidenti Alberto Fernandesə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Fernandes,

Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date