Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib   - YENİLƏNİB
  • Clock-gray 18:15
  • calendar-gray 15 Noyabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammarı qəbul edib.

APA xəbər verir ki, görüşdə dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artması ilə əlaqədar narahatlıq ifadə olunub.

Söhbət zamanı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini abidələri, o cümlədən məscidləri məhv etməsi vurğulanıb, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və işğalçı Ermənistanla diplomatik əlaqə qurmadığına görə Səudiyyə Ərəbistanının mövqeyi yüksək qiymətləndirilib.

***

16:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammarı qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date