Vasilis Maraqos: “Azərbaycan və Avropa İttifaqı tərəfdaşlıq prioritetlərini razılaşdırıb”

Vasilis Maraqos: “Azərbaycan və Avropa İttifaqı tərəfdaşlıq prioritetlərini razılaşdırıb”
# 11 oktyabr 2019 10:58 (UTC +04:00)

“Azərbaycan və Avropa İttifaqı (Aİ) tərəfdaşlıq prioritetlərini razılaşdırıb”.

APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos deyib.

“Hazırda isə geniş və daha böyük tələbləri gündəmə gətirən yeni tərəfdaşlıq sazişini razılaşdırırıq. Bu saziş əlaqələrimizi yeni səviyyəyə qaldıracaq”, - deyə V. Maraqos qeyd edib.

O vurğulayıb ki, Aİ Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı yeni təkliflər irəli sürəcək: “Biz bu təklifləri Xorvatiyanın quruma sədrliyinin sonunda, 2020-ci ilin I yarısında keçiriləcək Şərq Tərəfdaşlığı sammitində irəli sürəcəyik”.

V. Maraqos sammitin dəqiq tarixinin hələ açıqlanmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR