Gürcüstanın baş naziri Zurab Noqaideli dekabrın 25-də Bakıya gələcək

Gürcüstanın baş naziri Zurab Noqaideli dekabrın 25-də Bakıya gələcək
# 22 dekabr 2006 14:43 (UTC +04:00)
Səfərin əsas məqsədi 2007-ci ildə “Şahdəniz” yatağından hasil olunan təbii qazın Gürcüstan tərəfinə veriləcək həcmi və qiymətilə bağlı aparılan danışıqların başa çatdırılmasıdır. Danışıqların yekunları ilə bağlı ətraflı məlumatı Z.Noqaideli Gürcüstan hökumətinin dekabrın 29-da keçiriləcək müşavirəsi zamanı verəcək.
Gürcüstanın Nazirlər Kabinetindən verilən məlumata görə, “Şahdəniz” qazının Türkiyəyə çatacaq kvotasından Gürcüstana müəyyən hissəsinin verilməsi ilə bağlı yekun razılıq artıq əldə olunub. Bakıda isə nəqletmənin bəzi detalları müzəkirə olunacaq. Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili də Türkiyəyə səfəri zamanı bildirib.
Qeyd edək ki, Gürcüstanın baş naziri Z.Noqaideli dekabrın 24-də Türkmənistana yola düşəcək və bu ölkənin prezidenti Saparmurad Niyazovun dəfn mərasimində iştirak edəcək. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR