AYİB Azərbaycanın “Bank of Baku” ASC-yə 5 mln. dollarlıq kredit ayıracaq

AYİB Azərbaycanın “Bank of Baku” ASC-yə 5 mln. dollarlıq kredit ayıracaq
# 22 dekabr 2006 14:56 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanın “Bank of Baku” ASC arasında yerli bankın iri korporativ müştərilərinin müvafiq layihələrinin maliyyələşdirilməsi məqsədilə 5 mln. ABŞ dolları həcmində kredit sazişi imzalanıb.
“Bank of Baku” ASC-nin Bakıdakı baş ofisindən APA-ya verilən məlumata görə, bu layihə Azərbaycan bankının iri korporativ müştərilərinin qeyri-neft sektorunda inkişaf planlarının həyata keçirilməsi prosesinin sürətləndirilməsinə imkan yaradacaq. AYİB tərəfindən banka ayrılmış kredit xətti 2007-ci ilin fevral ayınadək tam yerləşdiriləcək.
Qeyd edək ki, AYİB-in bu günədək “Bank of Baku”ya ayırdığı kreditlərin ümumi həcmi 15,5 mln. dollar təşkil edir. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR