Azərbaycan voleybolçusu Yelena Parxomenkonun avtomobili qarət edilib

Azərbaycan voleybolçusu Yelena Parxomenkonun avtomobili qarət edilib
# 12 fevral 2007 15:18 (UTC +04:00)
Azərbaycan yığma komandasının və “Azərreyl” klubunun voleybolçusu Yelena Parxomenkonun “Toyota” markalı avtomobili qarət edilib. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Z.Gözəlbəylinin sözlərinə görə idmançının avtomobilinə “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Çudo Peçka” şirniyyat mağazasının qarşısında basqın edilib. Avtomobilin şüşəsini sındıran soyğunçular voleybolçuya aid çantanı və bəzi əşyaları götürüblər. Z.Gözəlbəylinin sözlərinə görə soyğunçular yalnız Y.Parxomenkonun şəxsiyyətini təsdiq edən sənədinə toxunmayıblar. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR