“Foppapedretti” “Azərreyl” klubu ilə cavab oyununa məşq etmədən çıxacaq

“Foppapedretti” “Azərreyl” klubu ilə cavab oyununa məşq etmədən çıxacaq
# 12 fevral 2007 16:09 (UTC +04:00)
Azərbaycanın qadınlardan ibarət “Azərreyl” voleybol klubunun Çempionlar Liqasının birinci pley-off mərhələsində rəqibi olan İtaliyanın “Foppapedretti” klubu Bakıya fevralın 14-də gələcək. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Z.Gözəlbəylinin sözlərinə görə, italyanlar cavab oyununun keçiriləcəyi gün Bakıya gəldiklərindən, onların məşqə çıxıb-çıxmayacaqları bilinmir. Qeyd edək ki, bu rəqiblər arasında fevralın 8-də Berqamo şəhərində keçirilən birinci qarşılaşma “Foppapedertti” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Komandalar arasında cavab oyunu isə fevralın 14-də Bakı İdman Sarayında saat 18.00-da keçiriləcək. Qarşılaşmanı rusiyalı Vladimir Qluxenki ilə polşalı Qjeqoj Yatsina hakimlər dueti idarə edəcəklər. /APA-Sport/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR