Ombudsman 1 saylı İstintaq Təcridxanasında saxlanılan Samir Ağayevlə görüşüb

Ombudsman 1 saylı İstintaq Təcridxanasında saxlanılan Samir Ağayevlə görüşüb
# 12 fevral 2007 16:21 (UTC +04:00)
Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin Bayılda yerləşən 1 saylı İstintaq Təcridxanasında saxlanılan Samir Ağayevlə görüşüblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, E. Süleymanova təqsirləndirilən şəxsin saxlanma şəraitini, qidalanma vəziyyətini araşdırıb, ona hüquqlarını izah edib. S. Ağayev isə söhbət zamanı barəsində olan cinayət işinin qeyri-obyektiv və qərəzli aparıldığını, ancaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında ona qarşı zorakılıq hərəkətləri edilmədiyini deyib. Bədənində göyərmiş yerlər və ayağında şiş aşkar edilsə də, təqsirləndirilən şəxs bunun yıxılması nəticəsində yarandığını bildirib. Ombudsman bu halın yoxlanılması üçün məhkəmə-tibbi ekspertizanın keçirilməsi və işgəncə faktının təsdiqlənəcəyi halda günahkarların cəzalandırılması üçün Baş Prokurorluğa müraciət edib.
Qeyd edək ki, S. Ağayev bu günədək DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR